Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Son günlər Azərbaycana qarşı hörmətsizlik və açıq təhqir kimi qiymətləndirilən bir hal ictimaiyyətin haqlı narazılığına səbəb olub.
Belə ki, "Temu" onlayn alış-veriş platformasında Azərbaycan xalqı üçün müqəddəs sayılan 8 Noyabr - Zəfər Günü yazıları və Zəfər abidəsini əks etdirən simvolların hamam aksesuarları, unitaz üçün nəzərdə tutulan ayaqaltıları və corablar üzərində istifadəsi cəmiyyət tərəfindən milli dəyərlərə həqarət kimi dəyərləndirilir.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, qeyd olunan məhsulların hamam və unitaz üçün istifadəyə nəzərdə tutulması sosial şəbəkələrdə və ictimai müzakirələrdə ciddi etirazlara yol açıb.
İstifadəçilər bu addımı Azərbaycanın tarixi Qələbəsinə, şəhidlərin xatirəsinə və milli qürurumuza qarşı açıq hörmətsizlik hesab edirlər.
Bu məhsulların Çinin Çjetszyan şəhərində istehsal edildiyi və "Elmber Gloow" adlı mağaza tərəfindən "Temu" onlayn satış platformasında satışa çıxarıldığı bildirilir.
Hazırda satışda olan məhsullar arasında corablar və hamam aksesuarları ilə yanaşı, masa üçün süfrələr də yer alır.


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.