EN

“Rusiyanın Ukraynaya hücumları davam edir: hədəfdə Zaporojyedir“ Ukrayna KİV ləri

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Dron müharibəsi dərinləşir: qarşılıqlı zərbələr və artan eskalasiya..."

Yanvarın 2-ə keçən gecə Rusiya işğalçıları Ukraynaya PUA-larla ikiqat hücumlar həyata keçurib.

Moderator.az xəbər verir ki, bu barədə   məlumat yayıb.

Zaporoje gecə boyu dron hücumları altında olub

Məlumatda deyilir ki, Zaporojyedə yaşayış binaları və ticarət mərkəzi zərər görüb. Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, düşmən dronlarının böyük hissəsi şəhərə çatmadan HHM tərəfindən məhv edilsə də, bir sıra hədəflərə birbaşa düşmələr qeydə alınıb.

İlk hücum yanvarın 1-də gecə saatlarında baş verib. Nəticədə üç yanğın ocağı yaranıb: çoxmərtəbəli binaya bitişik qeyri-yaşayış sahəsi və iki təsərrüfat tikilisi alovlanıb. Partlayış dalğası yaşayış evlərinə, yol örtüyünə və avtomobillərə ziyan vurub.

Ticarət mərkəzi alovlanıb, lakin itki yoxdur

İkinci hücum isə 2 yanvar saat 02:00 radələrində baş verib. Zərbə nəticəsində şəhərdə yerləşən ticarət mərkəzində yanğın çıxıb. Xilasedicilər alovu qısa müddətdə nəzarət altına ala biliblər. Rəsmi məlumatlara görə, hücumlar zamanı ölən və ya yaralanan olmayıb.

Zaporoje Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, bu gecəki hücum şəhərə qarşı dronlarla həyata keçirilən ən kütləvi hücumlardan biri olub. Onun sözlərinə görə, ümumilikdə şəhər ərazisinə doqquz dəfə zərbə endirilib, yaşayış binaları, ticarət obyektləri və mülki infrastruktur hədəfə alınıb. Enerji infrastrukturuna zərbə cəhdləri olsa da, səhər saatlarına bütün abonentlər işıqla təmin edilib.

Dron təzyiqi artır

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, həmin gecə Rusiya Ukrayna ərazisinə ümumilikdə 116 ədəd "Shahed" tipli və digər növ zərbə dronları buraxıb. Onlardan 86-sı HHM tərəfindən məhv edilib və ya radioelektron vasitələrlə sıradan çıxarılıb. Bununla yanaşı, 27 dronun 23 müxtəlif nöqtədə hədəfə çatdığı bildirilib.

Mütəxəssislər qeyd edir ki, Zaporoje kimi cəbhəyə yaxın şəhərlərə yönələn bu cür intensiv hücumlar Rusiyanın dron müharibəsini həm kəmiyyət, həm də taktiki baxımdan genişləndirdiyini göstərir. Bu isə mülki əhali üçün daimi psixoloji və təhlükəsizlik təzyiqi yaradan əsas faktorlardan biri olaraq qalır.

Ukraynanın Rusiyaya cavab dron zərbələri

Eyni gecə Rusiya ərazisi də pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalıb. Rusiya mediasının və rəsmi qurumların məlumatına görə, Samara vilayətində, xüsusilə Novokuybışevsk şəhəri ətrafında bir sıra partlayışlar qeydə alınıb. 

Yerli sakinlər ondan çox güclü partlayış səsi eşitdiklərini bildirib, bəzi ərazilərdə yanğınlar baş verib. Qeyri-rəsmi mənbələr hücumların əsas hədəfinin neft emalı müəssisələri ola biləcəyini iddia edir.

Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində müxtəlif bölgələr üzərində onlarla dronun HHM tərəfindən məhv edildiyini açıqlayıb. Ukrayna tərəfi bu zərbələri şərh etməsə də, analitiklər bu cür hücumları Moskvanın Ukrayna şəhərlərinə qarşı intensiv dron kampaniyasına cavab xarakterli addımlar kimi qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
1
moderator.az

2Sources