EN

Bu ölkədə ölüm doğumu 3 qat ÜSTƏLƏYİR

Müharibə ilə bağlı Ukraynada əlillik dərəcəsi alan insanların sayı 2,7 milyondan 3,4 milyona yüksəlib və ölüm-doğum nisbəti 3:1-ə yaxınlaşıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin keçmiş Baş nazir Anatoli Kinax açıqlama verib. 

"Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş statistikaya görə, 2025-ci ilin altı ayı ərzində təxminən 100.000 yeni doğulmuş körpə qeydə almışıq. Eyni zamanda, təxminən 249.000 ölüm hadisəsi qeydə alınıb", - Kinax qeyd edib.

O, həmçinin qeyd edib ki, infrastrukturun (enerji, nəqliyyat, sosial və sənaye) dağılmasından dəyən ümumi itkilər trilyon dollara yaxınlaşır.

Chosen
45
1
modern.az

10Sources