EN

Müharibənin miqyası böyüyür: Rusiya 2025 ci ildə...

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna tərəfdarı olan ingilisdilli bir mənbənin məlumatına görə, Rusiya 2025-ci il ərzində Ukraynaya qarşı həyata keçirdiyi hücumlarda misli görünməmiş dərəcədə öldürücü silahdan istifadə edib.

"Cebheinfo.az" xəbər verir ki, həmin mənbənin hesablamalarına əsasən, Moskva rəhbərliyi il ərzində 60 000-dən çox KAB (yönləndirilən hava bombası - təyyarələrdən atılan hedefi hassas şəkildə vurmaq üçün GPS, lazer və ya digər sistemlərlə idarə olunan ağıllı bombalardır), təxminən 2 400 raket və 100 000-dən artıq pilotsuz uçuş aparatı (PUA) istifadə edib.

Bu göstəricilər müharibənin hərbi miqyasında tarixdə nadir hallarda rast gəlinən bir sursat istehlakı səviyyəsinə çatıldığını göstərir.

Hərbi analitiklər xüsusilə KAB-ların geniş istifadəsinin Rusiya ordusunun hava üstünlüyü strategiyasının əsas elementlərindən birinə çevrildiyini, PUA hücumlarının isə cəbhə xəttinin dərinliyinə və infrastruktur obyektlərinə davamlı təzyiq vasitəsi kimi istifadə edildiyini bildirirlər.

Sözügedən rəqəmlər hələlik müstəqil mənbələr tərəfindən tam təsdiqlənməsə də, Qərb hərbi ekspertləri bu səviyyədə silah istifadəsinin müharibənin miqyasını və dağıdıcılığını açıq şəkildə əks etdirdiyi fikrində həmrəydirlər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
cebheinfo.az

2Sources