EN

Ukraynada Ermənistan və digər ölkələrin vətəndaşları narkotik qaçaqmalçılığına görə həbs olunublar

Ukrayna Dövlət İstintaq Bürosunun əməkdaşları Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə Avropa ölkələrindən ölkə ərazisinə kokain tədarükünün transmilli kanalının fəaliyyətini dayandırıblar.

Bu barədə "Report" İstintaq bürosunun məlumatına istinadən xəbər verir.

"Beynəlxalq narkotrafiki Ukrayna, Ermənistan, Çexiya və Almaniya vətəndaşlarından ibarət qrup təşkil edib. Qruplaşma konspirativ şəkildə fəaliyyət göstərib", - büro bildirib.

Büronun yaydığı məlumatda vurğulanıb ki, narkotiklər əvvəlcə kuryerlər vasitəsilə kiçik partiyalarla daşınıb, paralel olaraq böyük həcmli tədarüklər hazırlanıb. Bu zaman Odessa üzərindən dəniz logistikasından istifadə edilib.

"Kokainin həftəlik 2 kq-a qədər gətirilməsi planlaşdırılırdı. Belə bir partiyanın qara bazardakı dəyəri 200 min dollardan çoxdur", - məlumatda bildirilib.

Chosen
33
far.az

1Sources