ain.az, Axar.az saytına istinadən bildirir.
Rubl 2025-ci ilin yekunlarına görə dollara nisbətdə ən çox bahalaşan valyuta olub. 2024-cü ilin dekabrı ilə müqayisədə rublun dollar qarşısında məzənnəsi 31% möhkəmlənib.
Axar.az "Bizim.media"ya istinadla xəbər verir ki, bu barədə açıq birja məlumatları əsasında aparılan hesablamalardan məlum olub.
Bu göstərici üzrə ikinci yerdə İsveç kronu (19,9%), üçüncü yerdə Macarıstan forinti (19,4%), dördüncü yerdə Kolumbiya pesosu (18,9%), beşinci yerdə isə Çexiya kronu (17,2%) qərarlaşıb.
Eyni zamanda qeyd olunub ki, ən çox dəyər itirən valyuta Argentina pesosu olub — onun məzənnəsi 29,2% zəifləyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.