EN

Zelenskinin Ofisinə Kirilo Budanov rəhbərlik edəcək

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanova Prezident Ofisinə rəhbərlik təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.

V.Zelenski seçimini Ukraynanın təhlükəsizliyinin, ölkənin müdafiəsinin gücləndirilməsinin və danışıqlarda diplomatik yola diqqət yetirilməsinin vacibliyi ilə izah edib.

Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasına bundan əvvəl Andrey Yermak rəhbərlik edirdi. O, 2020-ci ildən 2025-ci il noyabrın 28-dək Ukrayna prezidentinin ofisinə rəhbərlik edib. Bir neçə ay öncə, o, istefa ərizəsini ölkə başçısı Volodimir Zelenskiyə təqdim edib. A.Yermakın adı korrupsiya qalmaqalında hallanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
24
oxu.az

10Sources