AZ

Kiril Budanov Ukrayna Prezidenti Ofisinin rəhbəri təyin edilib – Yenilənib

Kiril Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi vəzifəsindən azad edilib və Ukrayna Prezidenti Volodimir Zelenski Ofisinin rəhbəri təyin olunub.

Müvafiq fərman Ukrayna Prezidenti Ofisinin saytında dərc edilib.

17:05

Kirill Budanov Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident Ofisini idarə etmək təklifini qəbul etdiyini bildirib.Bu barədə Ukrayna KİV xəbər verir.

15:59

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Prezident Ofisinə başçılıq etməyi təklif edib.Bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

"Hazırda Ukrayna təhlükəsizlik, diplomatiya və danışıqlar məsələlərinə daha çox diqqət yetirməlidir. Prezident Ofisi, ilk növbədə, dövlətimizin bu vəzifələrinin yerinə yetirilməsinə xidmət edəcək", - deyə Ukrayna lideri qeyd edib.

Zelenski bildirib ki, Budanovun bu istiqamətlərdə xüsusi təcrübəsi və nəticələrə nail olmaq üçün kifayət qədər gücü var.

Prezident həmçinin Budanova Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla birgə Ukraynanın strateji müdafiə və inkişafının əsaslarının yenilənmiş planını dövlət başçısının təsdiqinə təqdim etməyi tapşırıb.

Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak 2025-ci ilin noyabr ayının sonunda korrupsiya qalmaqalı fonunda istefa verib.

Seçilən
26
3
anews.az

10Mənbələr