EN

Zelenski Ofisinin rəhbəri postunu ona təklif etdi Yenilənib

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Prezident Ofisinə rəhbərlik etməyi təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə V.Zelenski teleqram kanalında paylaşım edib. 

“Kirill Budanovla görüşdüm və ona Ukrayna Prezidentinin Ofisinə rəhbərlik etməyi təklif etdim”, - Zelenski paylaşımında qeyd edib. 

Budanov isə hələ dövlət başçısının təklifinə münasibət bildirməyib.

Zelenski bu seçimini Ukraynanın təhlükəsizlik məsələlərinə, ölkənin müdafiəsinin inkişafına, eləcə də danışıqlarda diplomatik xəttə diqqətin cəmlənməsi zərurəti ilə izah edib: “Kirillin bu istiqamətlər üzrə xüsusi təcrübəsi və müsbət nəticələrə nail olmaq üçün kifayət qədər gücü var”.

Zelenski Budanovu hazırkı postunda kimin əvəzləyə biləcəyi barədə məlumat verməyib.

Qeyd edək ki, Ukraynada Prezident Ofisinin rəhbəri vəzifəsi noyabrın sonundan bəri boşdur. Beləki, həmin vaxt V.Zelenski korrupsiya qalmaqalı fonunda bu vəzifədən Andrey Yermakı azad edib.

Onu da bildirək ki, 39 yaşlı K.Budanov 2020-ci ilin avqustundan Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edir.

***

Kirill Budanov Volodimir Zelenskinin Prezident Ofisini idarə etməklə bağlı təklifini qəbul edib. 

Bu barədə Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri öz teleqram kanalında yazıb. 

“Ukraynaya xidmət etməyə davam edirəm. Prezident Ofisinin rəhbəri vəzifəsini ölkə qarşısında daha bir məsuliyyət həddi hesab edirəm. Ukrayna üçün tarixi bir dövrdə dövlətimizin strateji təhlükəsizliyinin kritik məsələlərinə diqqət yetirmək mənim üçün şərəf və məsuliyyətdir. Etimada görə təşəkkür edirəm!”, - Budanov bildirib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
3
qafqazinfo.az

3Sources