AZ

Ya aparılan diplomatik səylər nəticə verəcək, ya da... Zelenski iki ssenari açıqladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hazırda ölkədəki münaqişənin gələcək inkişafı üçün iki mümkün ssenari mövcuddur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında yayımladığı bəyanatda qeyd edib.

Zelenskinin sözlərinə görə, qarşıdakı dövr üçün, o cümlədən Avropada keçiriləcək görüşləri əhatə edən növbəti diplomatik həftəyə hazırlıq gedir.

O vurğulayıb ki, Ukrayna hər iki mümkün inkişaf variantına hazırlaşacaq: ya aparılan diplomatik səylər və tərəfdaşların Rusiyaya təzyiqi nəticə verəcək, ya da bu təzyiq kifayət etmədiyi halda aktiv müdafiə davam etdiriləcək.

Zelenski əlavə edib ki, Ukrayna sülhə can atır, lakin öz hakimiyyətini heç kimə təslim etməyəcək. O, həmçinin Kiyevi dəstəkləyən müttəfiq və tərəfdaş ölkələrə bir daha təşəkkür edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
50
globalinfo.az

10Mənbələr