Səudiyyə Ərəbistanı çempionatında 13-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Kriştianu Ronaldonun da formasını geydiyi “Əl-Nəsr” səfərdə “Əl-Əhli”nin qonağı olub.
5 qolun vurulduğu görüşdə meydan sahibləri qalib gəlib. “Əl-Əhli”yə qələbə gətirən qolu türkiyəli müdafiəçi Merih Demiral vurub.
“Əl-Əhli” - “Əl-Nəsr” - 3:2
Qollar: Toney, 7 (1:0); 20 (2:0), Əl Əmri, 31 (2:1); 44 (2:2), Demiral, 55 (3:2)
Bununla da Ronaldonun komandası mövsümdə ilk məğlubiyyətini alıb. Yenilgiyə baxmayaraq, “Əl-Nəsr” 31 xalla liderdir. 26 xalı olan “Əl-Əhli” isə dördüncü pillədə qərarlaşıb.