Futbolda ilk addımlarını atdığı və akademiyasında yetişdiyi “Fənərbaxça”ya qayıtmaq istəməyən Merih Dəmiralın “Əl-Əhli” ilə imzaladığı yeni müqavilənin detalları məlum olub.
"Football-plus.az" xəbər verir ki, 2023-cü ildən Səudiyyə Ərəbistanı nəhənginin şərəfini qoruyan Türkiyə yığmasının üzvü klubu ilə yeni - üçillik müqavilə imzalayıb.
27 yaşlı futbolçu hazırda “Əl-Əhli”də ilə 12 milyon avro qazanır. Bu göstərici ilə o zatən hazırda dünyada ən çox qazanan türkiyəli futbolçu statusunda idi. Onun müqavilə müddəti mövsümün sonunda başa çatırdı. Merihin performansından razı qalan əliaçıq ərəblər onun maaşını artırıb. Gələn ildən etibarən Merihin maaşı 13 milyon avro təşkil edəcək! Yəni 2023-26-cı illərdə Ərəbistanda 36 milyon avro qazanacaq Merih 2026-29-cu illərdə artıq 39 milyon avro qazanacaq! Başqa sözlə desək, 6 il ərzində onun qazancı 75 milyon avroya bərabər olacaq. İddialara inansaq, öz yetirməsini geri qaytarmaqda çox maraqlı olan “Fənər” ona illik 7,5 milyon avro təklif etmişdi. Amma Səudiyyə Ərəbistanındakı qazancını nəzərə alsaq, Dəmiralın ailəsi ilə birlikdə bu ölkədə qalmağa üstünlük verməsi anlaşılandı.
Qeyd edək ki, daha öncə “Yuventus”, “Sportinq” və “Atalanta” kimi önəmli klublarda forma geymiş Merih Dəmiral indiyə qədər “Əl-Əhli”də 81 oyuna çıxaraq 3 qol, 4 məhsuldar ötürmə ilə fərqələnib. Türkiyə yığmasında isə o, 61 oyunda 6 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta