ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500 milyon dollar ayıracaq.
Publika.az xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
"ABŞ hökuməti Polşadakı dörd baza - Dravsko-Pomorski, Povidz, Vrotslav və Lask üçün 500 milyon dollardan çox investisiya planını təsdiqləyib", - deyə nazir müavini söyləyib.