Bakı. Trend:
ABŞ Polşadakı hərbi bazalarda infrastrukturun inkişafı üçün 500milyon dollar ayıracaq.
Trend-inməlumatına görə, bu barədə Polşa müdafiə nazirinin müavini SezariTomçik deyib.
"ABŞ hökuməti Polşadakı dörd baza - Dravsko-Pomorski, Povidz,Vrotslav və Lask üçün 500 milyon dollardan çox investisiya planınıtəsdiqləyib", - deyə nazir müavini "X" sosial şəbəkəsindəyazıb.
Polşa hakimiyyəti 2035-ci ilə qədər ölkədəki ABŞ hərbiobyektlərinə hər il 250 milyon dollar xərcləməyi öhdəsinəgötürüb.