Ajans.az xəbər verir ki, Gəncə beynəlxalq hava limanından verilən məlumata görə, U6 2411 nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb. Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi. "Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir. Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.