Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus "U6 2411" Moskva-Gəncə və "U6 2412" Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə RF paytaxtındakı əlverişsiz hava şəraiti ilə əlaqədardır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "U6 2411" nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.
Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.
Hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.
Reyslə bağlı daha ətraflı məlumat almaq üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.