1983-cü il təvəllüdlü Rəşad Kərim oğlu Kərimov Rusiya - Ukrayna müharibəsində ölüb.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Yevlax rayon sakini olan Rəşad Kərimov müharibəyə bir ay öncə aparılıb və dekabrın 27-də Ukraynanın Luqansk vilayətində həlak olub.
Mərhum bu gün Yevlax rayonunda dəfn olunacaq.
Ailəli olub, iki qız övladı var.