EN

Hindistanda 5,4 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Hindistanın şərqindəki Assam əyalətində 5,4 bal gücündə zəlzələqeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dəniziSeysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 899 min əhalisi olan Quvahati şəhərindən 76km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Chosen
95
40
az.trend.az

10Sources