Bakı. Trend:
Hindistanın şərqindəki Assam əyalətində 5,4 bal gücündə zəlzələqeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dəniziSeysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 899 min əhalisi olan Quvahati şəhərindən 76km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.