“Azər-Asiya Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə cəmiyyətin ləğv edilməsi və bundan irəli gələn məsələlərin həll edilməsi daxildir.
Ümumi yığıncağın keçirilmə tarixi 2026-cı il fevral ayının 2-də saat 11:00-dır. Keçirilmə yeri Bakı şəh., Səbail ray., Ü.Hacıbəyov 30-dur.
Ümumi yığıncaqda iştirak etmək üçün səhmdarların qeydiyyatı yığıncağın başlanmasına 30 dəqiqə qalmış aparılacaqdır.
Səhmdarlar şəxsiyyətini təsdiq edən sənəd, nümayəndələr isə müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə təqdim etməlidirlər.
Gündəliyin məsələləri üzrə materiallarla ümumi yığıncağın keçirilməsinə 1 iş günü qalmış, hər iş günü saat 11:00-dan 13:00-dək Cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.