EN

BDU-nun binasını həmin şirkət təmir edəcək

Bakı Dövlət Universitetinin (BDU) 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurulub.

Publika.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC seçilib.

BDU ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 23 489 887,57 manatdır.

Bildirilib ki, “Koneks Construction” MMC satınalma müsabiqələrində fəal iştirak edən şirkətlər sırasındadır. MMC bir çox hallarda təmir-tikinti işləri ilə bağlı tenderlərin qalibi seçilib. Lakin bəzən də geyim və invertar satan şirkət kimi ortaya çıxır.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat olmadığından onun konkret fəaliyyət sahəsi, həmçinin maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil.

Chosen
129
1
publika.az

2Sources