"Şahdağ Qusar"ın hücumçusu Ruslan Voronsov iş yerini dəyişməyə yaxındır.
Fanat.Az-ın futbolçuya yaxın mənbədən əldə etdiyi məlumata görə, 30 yaşlı forvardın bu ay Qusar təmsilçisi ilə vidalaşmaq niyyətindədir.
Onun xidmətində bir neçə klub maraqlı olsa da, Voronsovun 1-ci Liqanın lideri "Şəfa"ya keçmək ehtimalı daha yüksəkdir. Hazırda tərəflər danışıqları davam etdirir.
Voronsov ötən mövsümün sonunda "Qəbələ"dən ayrılaraq "Şahdağ Qusar"la müqavilə bağlayıb.
Qeyd edək ki, 1-ci Liqanın turnir cədvəlində 30 xalla şəriksiz lider mövqeyində qərarlaşan "Şəfa" 2-ci pillədəki "Baku Sportinq"i 5 xal qabaqlayır. 12 xala malik "Şahdağ Qusar" isə 8-ci yerdədir.
Nihat