EN

33 yaşlı kişi evində ölü tapıldı

Abşeronda kişi meyiti aşkarlanıb.

KONKRET.az xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” Y/M, Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış 02.04.1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlilli 5 yanvar saat 21 radələrində qohumları tərəfindən yaşadığı evin yataq otağında ölmüş vəziyyətdə aşkar edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
156
5
konkret.az

10Sources