Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
I Liqa təmsilçisi "Səbail" təlim-məşq toplanışına start verib.
Fanat.Az-ın məlumatına görə, paytaxt təmsilçisi qış fasiləsindəki ilk hazırlığını "ASCO Arena"da keçirib.
Adil Şükürovun rÉ™hbÉ™rlik etdiyi komandanın qış hazırlıq mÉ™rhÉ™lÉ™si çərçivÉ™sindÉ™ keçirÉ™cÉ™yi yoxlama oyunlarındakı rÉ™qiblÉ™rindÉ™n ikisi müəyyÉ™nləşib.Â
"Dənizçilər" 3 sınaq matçı keçirəcəklər ki, ilk görüş yanvarın 16-da baş tutacaq. Sözügedən komanda həmin gün 21 yaşadək futbolçulardan ibarət milli ilə gücünü sınayacaq. "Səbail" son oyununu 28 yanvarda II Liqanın lideri "Xankəndi"yə qarşı keçirəcək. Ayın 22-dəki rəqib isə hələ dəqiqləşməyib. Bayıl təmsilçisi həmin gün üçün rəqib axtarışındadır ki, variantlar içərisində "Sabah" var.
Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
MiraÄŸa
AbunÉ™ Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.