EN

Çin və Macarıstanda təhsil üçün 616 müraciət qeydə alınıb

2026–2027-ci tÉ™dris ilindÉ™ Çin vÉ™ Macarıstanda HökumÉ™tlÉ™rarası TÉ™qaüd Proqramı (HTP) çərçivÉ™sindÉ™ tÉ™hsil almaq istÉ™yÉ™n namizÉ™dlÉ™r üçün É™rizÉ™ qÉ™bulu mÉ™rhÉ™lÉ™si müvafiq olaraq ötÉ™n ilin 19 vÉ™ 22 dekabr tarixlÉ™rindÉ™ baÅŸa çatıb.

Bu barədə Moderator.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, HTP çərçivəsində Çin üzrə 162, Macarıstan üzrə isə 454 olmaqla, ümumilikdə 616 elektron ərizə portal.edu.az elektron platforması üzərindən təsdiqlənib. Müraciət edən namizədlərdən 86 nəfər bakalavriat, 457 nəfər magistratura, 73 nəfər isə doktorantura səviyyəsi üzrə təhsil almaq üçün müraciət edib.

İlkin mərhələdə müraciətlərin sayının çoxluğu qeydə alınıb. Bununla yanaşı, müraciətlərin sayı və proqram üzrə rəqabətlilikdən asılı olmayaraq, ərizələrin dəyərləndirilməsi hər iki ölkə üzrə müvafiq elanlarda əvvəlcədən müəyyən edilmiş tələblər və meyarlar əsasında həyata keçiriləcək.

Növbəti mərhələdə yalnız ilkin seçimdən keçən namizədlərlə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri tərəfindən təyin edilmiş müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə müsahibələr təşkil olunacaq.

Chosen
44
12
moderator.az

10Sources