"Beşiktaş" klubu təcrübəli müdafiəçisi Qabriel Paulista ilə yollarını ayırmağa hazırlaşır.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Antalyada keçirilən təlim-məşq toplanışını yarımçıq qoyaraq komandanın düşərgəsini tərk edib.
Â
Məlumata görə, buna futbolçunun valideynlərinin səhhətinin pisləşməsi səbəb olub. "Qara qartallar"ın yaydığı rəsmi açıqlamada futbolçunun bu istəyinin anlayışla qarşılandığı qeyd olunub.
Qeyd edək ki, 35 yaşlı müdafiəçi 2024-cü ilin yayında "Atletiko"dan ayrıldıqdan sonra "Beşiktaş"a azad agent kimi qoşulub.
O, "ağ-qaralar"ın heyətində ümumilikdə 45 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.