EN

Yumurtanın həddindən artıq qəbulu hansı problemlərə yol açır?

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yumurtaların hər gün qayğanaq, omlet və ya bərk qaynadılmış formada yeyilməsi sağlamlıq üçün risk yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Aleksandr Umnov danışıb.

Onun sözlərinə görə, yumurtada xolesterin çoxdur və bu da damarların daralmasına səbəb olan aterosklerozun sürətlənməsinə gətirib çıxara bilər. Nəticədə orqanlara qan axını zəifləyir və bu hal infarkt da daxil olmaqla ürək-damar xəstəlikləri riskini artırır.

Həkim bildirib ki, yumurtanın tərkibindəki yağlar orqanlarda artıq yağ yığılmasına səbəb ola bilər. Yumurtalar kifayət qədər bişirilmədikdə, xüsusilə duru halda yeyildikdə salmonellyoz kimi təhlükəli infeksiyalara yoluxma riski də yaranır.

Bundan əlavə, yumurtanın yağda qızardılması, ona kolbasa və ya bekon əlavə edilməsi xərçəng xəstəlikləri riskini artıra bilər. Yeməklərin həddindən artıq duzlu olması isə arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
75
1
redaktor.az

2Sources