EN

“Qarabağ”ın futbolçuları“10 nömrə”yə sürpriz hazırladı - VİDEO+FOTO

“Qarabağ”ın futbolçuları 10 yaşlı futbolçunu sevindirib.

Söhbət klubun U-10 komandasının 10 nömrəli futbolçusu Cefersadiq Əliyevdən gedir.

2016-cu ildə anadan olan istedadlı uşaq bir neçə gün öncə 10 yaşını qeyd edib.

“Qarabağ”ın futbolçuları özlərindən yaşca kiçik həmkarlarına sürpriz hazırlayıb.

Belə ki, komandanın demək olar bütün üzvləri Cəfərsadiqi videogörüntü vasitəsi ilə təbrik edib.

Texnikası ilə seçilən Əliyev həmyaşıdları arasında kifayət qədər fərqlənir ki, məşqçilər onun gələcəyinə böyük ümidlər bəsləyir.

Ümid edirlər ki, səbəbkar bir neçə ildən sonra “Qarabağ”ın əsas komandasında akademiyanın yetirməsi kimi adından söz etdirəcək.

Təbrik videosuna aşağıdakı linkə keçid etməklə baxa bilərsiniz.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
51
sportinfo.az

1Sources