EN

Tehran qubernatoru: İranda etiraz aksiyaları əhəmiyyətli dərəcədə azalıb...

Qubernatorun sözlərinə görə, məhəllələrdə və küçələrdə nümayiş qruplarının sayı kəskin şəkildə düşüb...

Poliqon xəbər verir ki, Tehran vilayətinin qubernatoru Məhəmməd Sadiq Motamedian yanvarın 11-i axşamı verdiyi açıqlamada bildirib ki, İranda etiraz aksiyaları ciddi şəkildə azalıb və artıq narahat olmağa əsas yoxdur. Qubernatorun sözləri dövlət televiziyası IRIB tərəfindən yayımlanıb.

Qubernatorun açıqlamasına görə, şəhərin müxtəlif bölgələrində etiraz qruplarının sayı xeyli azalıb və ictimai asayiş üzrə vəziyyət nəzarət altındadır. Motamedian əlavə edib ki, hazırda küçələrdə gərginlik müşahidə olunmur və əhali gündəlik həyatına qayıda bilər.

Xatırladaq ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabrında milli valyuta rialın sürətlə dəyərdən düşməsi fonunda başlayıb. Əsas narazılıq mənbəyi valyuta məzənnələrinin kəskin dəyişməsi və bunun pərakəndə və topdan qiymətlərə təsiri olub. Proseslər zamanı həm şəhərlərdə, həm də kənd yerlərində müxtəlif etiraz aksiyaları keçirilib, lakin son günlər vəziyyət sabitləşməyə başlayıb.

Poliqon.info

Chosen
136
poliqon.info

1Sources