Paytaxtın Sabunçu və Binəqədi rayonundakı iki evdə oğurluq edilib.
Â
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Â
Mənzillərdən 8500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2000 manatlıq noutbuk və qol saatının naməlum şəraitdə oğurlanıb.
Â
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıb.
Â
Araşdırmalar davam etdirilir.
Tarix: 12 Yanvar 2026, 16:43Â Â Â