AZ

Sabunçu və Binəqədidə evlərdən 10 min manatlıq oğurluq olub

Bakının Sabunçu və Binəqədi rayonundakı evlərdən 10 min manatlıq oğurluq olub.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən rayonlarda mənzillərdən 8 min 500 manat dəyərində qızıl-zinət əşyalarını, həmçinin 2 min manatlıq noutbuk və qol saatını oğurlamaqda şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Seçilən
63
10
missiya.az

10Mənbələr