EN

Məşhur tikinti şirkətinin 470 min manat vergi borcu əmələ gəlib



“1ST Construction" MMC-nin Bakı Kommersiya Məhkəməsində borclu (VÖEN: 1400965871, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Zərifə Əliyeva, ev 38, m. 24) barəsində e-2-2(113)-8778/2025 nömrəli müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib. Azərbaycanda 13 milyon manatlıq şirkətin nizamnamə kapitalından 8,5 milyon manat götürülür

Yerli media yazır ki, məhkəmə iclası 22 yanvar 2026-cı il tarixə, saat 10:55-ə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, 5-ci zalda keçiriləcək.

İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunurlar.

Məlumatda bildirilir ki,"1ST Construction" MMC 13 sentyabr 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət 20 min 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Namazov Ayaz Nizami oğludur. MMC-nin 469 min 990,28 manat ödənilməmiş vergi borcu vardır.

İradə SARIYEVA

Chosen
96
baki-xeber.com

1Sources