"FÉ™nÉ™rbaxça"da heyÉ™tdÉ™n kÉ™narlaÅŸdırılan Cenk Tosun vÉ™ Rodriqo Bekaonun yeni klubları bÉ™lli olub.Â
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçu İstanbulun digər təmsilçisi "Kasımpaşa"ya keçib. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, təcrübəli hücumçu Cenk Tosun birdəfəlik , braziliyalı müdafiəçi Bekao isə mövsümün sonuna qədər icarə əsasında "Kasımpaşa"nın formasını geyinəcək.
Xatırladaq ki, Emre Belözoğlunun baş məşqçisi olduğu komanda daha əvvəl "sarı-lacivərdlilər"in digər ulduzu İrfan Can Kahvecini də icarəyə götürmüşdü.