AZ

"Fənərbaxça"nın 2 futbolçusu eyni kluba keçdi

Yazını böyüt
Yazını kiçilt

"Fənərbaxça"da heyətdən kənarlaşdırılan Cenk Tosun və Rodriqo Bekaonun yeni klubları bəlli olub.

Hafta.az türk KİV-ə istinadən xəbər verir ki, hər iki futbolçu İstanbulun digər təmsilçisi "Kasımpaşa"ya keçib. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, təcrübəli hücumçu Cenk Tosun birdəfəlik , braziliyalı müdafiəçi Bekao isə mövsümün sonuna qədər icarə əsasında "Kasımpaşa"nın formasını geyinəcək.

Xatırladaq ki, Emre Belözoğlunun baş məşqçisi olduğu komanda daha əvvəl "sarı-lacivərdlilər"in digər ulduzu İrfan Can Kahvecini də icarəyə götürmüşdü.

Seçilən
28
4
hafta.az

5Mənbələr