EN

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Taqanroq şəhərində dron istehsalı zavoduna zərbə endirib

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birlikdə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində dron istehsalı zavoduna zərbə endirib.

SBU bu barədə 13 yanvarda Telegram-da məlumat verib. Məlumata görə, SBU-nun Alfa Xüsusi Əməliyyatlar Mərkəzi, Ukrayna Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələr qruplaşmasının bölmələri ilə birlikdə şəhərdəki “Atlant Aero” zavodunun istehsal binalarına zərbə endirib. Zərbələr nəticəsində obyektdə bir sıra güclü partlayışlar və yanğın müşahidə olunub.

SBU qeyd edib ki, “Atlant Aero” şirkəti işğalçılar üçün Molniya tipli zərbə və kəşfiyyat PUA-larını, eləcə də “Orion” dronları üçün komponentləri dizayn edir, istehsal edir və sınaqdan keçirir. Zavodun dağıdılması PUA istehsal həcmini azaldacaq və işğalçıların dronlardan istifadə edərək kəşfiyyat və zərbə əməliyyatları aparmaq üçün texniki imkanlarını zəiflədəcək.
SBU Rusiya hərbi-sənaye kompleksi obyektlərindəki “bavovna”nın yanmağa davam edəcəyinə söz verib.

//Samir Qurbanov, Editor.az 

Chosen
88
editor.az

1Sources