EN

İran ABŞ-ni hərbi müdaxilə üçün bəhanə yaratmaqda ittiham edib

Tehrana görə, Vaşinqton sanksiyalar, təhdid və xaosla müdaxilə üçün zəmin hazırlamağa çalışır...

Poliqon xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəliyi açıqlama verərək ABŞ-nin bütün fəaliyyətlərini İrana qarşı hərbi müdaxilə üçün bəhanə yaratmaq cəhdi kimi qiymətləndirib.

Nümayəndəlik qeyd edib ki, Vaşinqtonun İrana dair siyasəti rejim dəyişdirməyə yönəlib və tətbiq olunan sanksiyalar, təhdidlər, təşkil olunmuş iğtişaşlar və xaos hərbi müdaxiləyə zəmin hazırlamaq üçün vasitədir.

İran missiyası əlavə edib ki, bu cür ssenarilər əvvəllər dəfələrlə uğursuzluğa məruz qalıb və ABŞ-ın bu cəhdləri nəticəsiz qalacaq. Nümayəndəlik açıqlamanı X sosial şəbəkəsində də paylaşaraq Vaşinqtonun siyasətini qınayıb.

Poliqon.info

Chosen
140
3
poliqon.info

4Sources