ABŞ-ın bütün hərəkətləri İranın işlərinə hərbi müdaxilə üçün bəhanə yaratmağa yönəlib, lakin Vaşinqton yenə uğursuz olacaq.
Publika.az xəbər verir ki, bunu İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib.
"ABŞ-ın İrana qarşı fantaziyası və siyasəti rejim dəyişikliyinə əsaslanır, sanksiyalar, təhdidlər, mütəşəkkil iğtişaşlar və xaos isə hərbi müdaxilə üçün bəhanə rolunu oynayır", - deyə İranın BMT-dəki missiyasının "X" sosial media platformasındakı bəyanatda qeyd olunur.
İran missiyası qeyd edib ki, bu ssenari artıq bir dəfədən çox uğursuz olub.