Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dağıstanın Axvax rayonunda məktəbəqədər təhsil müəssisəsində yanğın baş verib.
Doğru.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsi MAX platformasında məlumat yayıb.
Açıqlamaya görə, yanğın təxminən 500 kvadratmetr sahəni, o cümlədən bağçanın dam örtüyünü və iki otağını əhatə edib. Yanğın 485 kvadratmetr sahədə söndürülüb və hadisə zamanı heç kim xəsarət almayıb.
Qeyd edək ki, daha əvvəl Yalta şəhər dairəsinin Vinoqradnoye kəndindəki mağazada 1000 kvadratmetr sahəni əhatə edən yanğın söndürülmüşdü.
DOĞRU.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.