EN

Türkmənistanın “Xəzərli” yatağındakı yeni quyudan təbii qaz hasil edilib

BAKI, 14 yanvar. TELEQRAF

Türkmənistanın Lebap əyalətindəki “Xəzərli” yatağında yeni quyudan təbii qaz hasil edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

Türkməngeologiya Dövlət Korporasiyası tərəfindən qazılan “Xəzərli-3” quyusu gündə 120 min kubmetrə qədər qaz hasil edir. Bu, yataqda qaz hasil edilən ilk quyudur və ölkənin qaz sənayesinin inkişafı üçün yeni imkanlar açır.

Chosen
94
teleqraf.com

1Sources