EN

Bakıda ana qızını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Kazımova anası ilə mübahisə edib. Nəticədə S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Chosen
158
2
unikal.az

3Sources