AZ

Sabunçuda ana qızını bıçaqlayıb

Bakı.Trend:

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-inməlumatına görə, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan1985-ci il təvəllüdlü Səbirə Kazımova anası ilə mübahisə edib.

Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, solqolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb.Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdəşübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Seçilən
152
2
az.trend.az

3Mənbələr