“Aqrar Tədarük və Təchizat” ASC-nin Keyfiyyəti İdarəetmə Sistemi ISO 9001:2015 beynəlxalq standartının tələblərinə tam uyğunluğunu təsdiqləyib. Bir neçə ay davam edən yenilənmə və təkmilləşdirmə prosesi nəticəsində Cəmiyyətin fəaliyyəti beynəlxalq keyfiyyət standartları çərçivəsində uğurla sertifikatlaşdırılıb.“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AzStandard) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən aparılan iki mərhələli auditin nəticələrinə əsasən, dövlət büdcəsi vəsaitləri hesabına ərzaq məhsullarının mərkəzləşdirilmiş satınalınmasının təmin edilməsi, yarmarkaların təşkili xidmətləri, aqrar sahədə layihələrin icrası ISO 9001:2015 tələblərinə tam əməl etdiyi müəyyən edilib.Qeyd edək ki, ISO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadəyə rəsmi şəkildə təqdim edilib.Sonda xatirə fotosu çəkilib.


