EN

ABŞ şirkəti Konqodan 4 milyard dollar təzminat tələb edir

ABŞ şirkəti Konqodan 4 milyard dollar təzminat tələb edir

ABŞ-ın "PayServices" şirkəti Demokratik Konqo Respublikasına (DRK) qarşı federal məhkəmədə iddia qaldıraraq 4 milyard dollar məbləğində itirilmiş gəlirin ödənilməsini tələb edib.

AFN.az xəbər verir ki, bu barədə "Actualite" xəbər portalı məlumat yayıb.

Şirkətin iddiasına görə, Konqo tərəfi – Dövlət Konqo Ümumi Əmanət Bankı (CADECO) vasitəsilə – 2024-cü ilin yanvarında imzalanmış saziş üzrə öhdəliklərini yerinə yetirməyib. Həmin saziş DRK-da dövlət ödənişlərinin rəqəmsallaşdırılmasında "PayServices"in iştirakını nəzərdə tuturdu.

Şirkətin hesablamalarına əsasən, layihənin həyata keçirilməsindən əldə olunmalı gəlir 8 milyard dollar təşkil etməli idi. Lakin layihəyə ümumiyyətlə start verilməyib.

Bu səbəbdən şirkət məhkəmə yolu ilə Konqo hakimiyyətindən göstərilən məbləğin yarısı – 4 milyard dolların kompensasiya kimi ödənilməsini tələb edir.

İddia sənədlərində, həmçinin layihə üzrə işlərin Konqo rəsmiləri tərəfindən bloklandığı bildirilir. Şirkət bunu rüşvət verməkdən imtina etməsi ilə əlaqələndirir.

"PayServices" rəsmi olaraq bildirir ki, Konqonun maliyyə naziri və Mərkəzi Bankın rəhbəri də daxil olmaqla beş yüksək vəzifəli məmur ilkin 20 milyon dollarlıq investisiya tranşı üzrə 2 milyon dollar məbləğində rüşvət tələb edib.

Chosen
78
afn.az

1Sources