Onlarla İran vətəndaşı quru sərhədlərini keçərək Türkiyəyə gedib.
Â
Sitat.info APA-ya istinadən xəbər verir ki, iranlılar Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyənin Van vilayətinə daxil olublar.
Â
İki anonim mənbənin məlumatına görə, bir sıra ölkələr öz vətəndaşlarını İranı tərk etməyə çağırdıqdan sonra İrandan Türkiyəyə keçənlərin sayında artım müşahidə olunub.
Â
Buna baxmayaraq, İran-Türkiyə sərhədindəki sərhəd nümayəndəsi vəziyyətin fövqəladə olmadığını və sərhəd-keçid məntəqəsinə yaxınlaşan iranlıların sayında ciddi artım olmadığını bildirib.
Â
Qeyd edək ki, İranda bir neçə gündür internet kəsilib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, etiraz aksiyalarında ölənlərin sayı 2571 nəfərdir, minlərlə insan həbs olunub.
Â