Onlarla İran vətəndaşı quru sərhədlərini keçərək Türkiyəyə gedib.
Aznews.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilib ki, iranlılar Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyənin Van vilayətinə daxil olublar.
İki anonim mənbənin məlumatına görə, bir sıra ölkələr öz vətəndaşlarını İranı tərk etməyə çağırdıqdan sonra İrandan Türkiyəyə keçənlərin sayında artım müşahidə olunub.