EN

"Çelsi"nin yetirməsi "Atletiko"dan əzəli rəqibə keçdi - Rəsmi

style='margin-bottom:10px;'>

İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

London təmsilçisi Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Konor Qallaheri transfer edib. 25 yaşlı ingilis futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, "Çelsi" yetirməsi olan Qallaher 2024-cü ilin yayından İspaniya klubunda çıxış edib. O, cari mövsümdə madridlilərin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, yarımmüdafiəçinin İngiltərə Premyer Liqasında zəngin təcrübəsi var. O, indiyədək bu turnirdə keçirdiyi 136 matçda 18 qol vurub və 13 qolun ötürməsini verib.

Chosen
150
33
teleqraf.com

10Sources