AZ

Edeqor "Arsenal"dan ayrılmağı planlaşdırır

Londonun "Arsenal" klubunun norveçli yarımmüdafiəçisi Martin Edeqor baş məşqçi Mikel Arteta ilə gərgin münasibətlər səbəbindən komandadan ayrılmağı planlaşdırır.

Bakıvaxtı.az "Topskills Sports UK"ya istinadən xəbər verir ki, futbolçu və ispaniyalı mütəxəssis arasında gərginlik getdikcə artmaqdadır.

Mövcud vəziyyətdən yararlanmaq istəyən Almaniyanın "Bavariya" və İtaliyanın "İnter" klubları futbolçunun transferində maraqlıdırlar. Bu keçidin təxminən 92 milyon avroya başa gələ biləcəyi iddia edilir.

Qeyd edək ki, 2021-ci ildən "Arsenal"da çıxış edən 27 yaşlı norveçli yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 24 matçda iştirak edib, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
41
25
bakivaxti.az

10Mənbələr