EN

İranda aksiyalarda İTKİLƏRİN SAYI ARTIR

Yazını böyüt
Yazını kiçilt

İranda 28 dekabrda yaşayış xərclərinin yüksək olmasına qarşı başlayan və tezliklə hökumət əleyhinə nümayişlərə çevrilən etirazlarda ölənlərin və həbslərin sayı sürətlə artır.

Hafta.az yazır ki, İranda İnsan Haqları Fəalları (HRA) hadisələrlə bağlı yenilənmiş məlumatları paylaşıb.

Təşkital bildiirb ki, son məlumatlara əsasən, ölənlərin sayı 2615-ə yüksəlib. Onlardan 13-ü 18 yaşdan kiçik uşaqlardır. Bundan əlavə, hadisələrlə əlaqəsi olmayan 14 mülki şəxs və 153 təhlükəsizlik işçisi və hökumət tərəfdarı da həyatını itirib.

Eləcə də, 31 əyalətin 187 şəhərində keçirilən ümumilikdə 617 nümayişdə indiyə qədər 18470 nəfər saxlanılıb.

Xəsarət alanlara gəldikdə, ən azı 2054 nəfərin ağır yaralandığı bildirilib.

Chosen
173
hafta.az

1Sources