EN

Bu qərar maliyyə sisteminin dayanıqlılığını gücləndirəcək İqtisadçı

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bank sektorunda Bazel III standartlarına keçidlə bağlı qərar maliyyə sisteminin dayanıqlılığını gücləndirəcək”. 

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov bildirib. O qeyd edib ki, dünyada gedən mürəkkəb iqtisadi-siyasi proseslər, regional gərginliklər, maliyyə bazarlarında qeyri-sabitlik və qlobal risklərin artdığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının, onun mühüm dayaqlarından biri olan bank sektorunun qorunması xüsusi əhəmiyyət daşıyır. Bazel III standartlarının tətbiqi məhz bu risklərə qarşı qabaqlayıcı və qoruyucu mexanizm rolunu oynayır:

“Yeni standartın tətbiqi nəticəsində bank sektorunda təbii seleksiya prosesi baş verəcək, zəif kapitallı banklar ya əlavə kapital cəlb etməli, ya daha güclü banklarla birləşməli, ya da bazarı tərk etməli olacaqlar”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
59
525.az

1Sources