EN

Venesuelada minlərlə insan prezident Maduroya dəstək nümayişi keçirib



Venesuelada minlərlə insan ABŞ-ın hava hücumlarına və prezident Nikolas Maduronun eyni vaxtda həbs olunmasına etiraz olaraq onun azadlığını tələb edib.Venesuela Birləşmiş Sosialist Partiyasının (VSSP) paytaxt Karakasda təşkil etdiyi yürüşdə minlərlə insan iştirak edib.

Əllərində Maduro və keçmiş prezident Huqo Çavesin şəkillərini daşıyan izdiham, Maduro və həyat yoldaşı azad olunana qədər etirazlarını davam etdirəcəklərini vurğulayıblar.

VSSP-nin Səfərbərlik və Tədbirlər üzrə vitse-prezidenti Nahum Fernandes çıxışında müvəqqəti prezident Delsi Rodrigezin hökumətini tam dəstəklədiklərini bildirib.
Venesuelalılar arasında birliyə çağıran Fernandes bildirib ki, "Hazırda birlik müzakirə mövzusu deyil. Birliyə qarşı sui-qəsd edən hər kəs Venesuelaya qarşı sui-qəsd edir. Hər kəs bu birliyə töhfə verməlidir".
Fernandes, Maduronun azadlığa buraxılması çağırışını təkrarlayaraq dedi: "Biz burada heç nəyi qeyd etmirik, etiraz edirik. Biz Maduronun azadlığa buraxılmasını və Ciliyanın geri qayıtmasını istəyirik. Biz onların hər ikisinin ölkəyə qayıtmasını tələb edirik".
Digər tərəfdən, onlarla motosiklet qrupu karvan təşkil edərək Maduroya dəstək göstərmək üçün Karakasın əsas küçəsini gəzib. Rodrigez Assambleyada and içdi
ABŞ-ın Venesuelaya hava hücumlarından və Maduronun həbsindən sonra vitse-prezident Rodrigez Assambleyada and içdi və 5 yanvarda rəsmi olaraq müvəqqəti prezident vəzifəsini icra etməyə başladı.

Rodrigez çıxışında dedi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımızın, prezidentimiz Nikolas Maduro və (həyat yoldaşı) Siliya Floresin qaçırılması ilə bağlı dərin kədər hissi ilə buradayam."

aia.az
Tərcümə şöbəsi



Chosen
53
aia.az

1Sources